İŞİD: Çeçenistanda 4 gün əvvəl polislərə hücumu biz etmişik

İŞİD: Çeçenistanda 4 gün əvvəl polislərə hücumu biz etmişik

Lakin qruplaşma bununla bağlı heç bir sübut təqdim etməyib.

Rasthaber  “Reuters”-ə istinadən xəbər verir ki, Qroznıda polislərə hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, qruplaşma bununla bağlı heç bir sübut təqdim etməyib.

İlkin məlumatlara görə, 28 dekabrda bıçaqlarla silahlanmış 2 nəfər patrul çəkən polis əməkdaşlarına hücum ediblər.

Çeçenistan başçısı Ramzan Kadırov bildirib ki, silahlı terrorçuların hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR