"İşğalçıların törətdiyi cinayətlər qarşısında səssiz qalmayacağıq!"

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhale bir daha Qüds işğalçılarının törətdikləri cinayətlərə qarşı müqavimətin qətiyyətli cavab verəcəyini və bu qətllərə heç vaxt göz yummayacaqlarını dilə gətirib.

Az.rasthaber.com xəbər verir ki, Ziyad ən-Nəhale açıqlamasında deyib:

"Fələstin xalqının birliyi prioritetlərimizin əsasını təşkil edir. Düşmənin Cenin və İordan çayının qərb sahilinin digər bölgələrində törətdiyi cinayətlər heç vaxt bu rejimə qarşı əl-qolumuzu bağlamağa səbəb olmayacaq. Biz bu cinayətlərə cavab vermək üçün üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik".

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəhale bu xəbərdarlığı sionist ordunun işğal altındakı İordan çayının qərb sahilində Ceninə vəhşicəsinə hücumlarından və çoxlu sayda fələstinlinin şəhid olmasından sonra edib.

Xəbəri paylaş

VİDEOLAR