İsrail polisinin müşayiəti ilə fanatik yəhudilər işğal altında olan Şərqi Qüdsün İçəri şəhərindəki Əl-Əqsa məscidinin həyətinə basqın ediblər.
Rasthaber Azərbaycan Palİnfo-ya istinadən xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsi tərəfindən verilən açıqlamada 119 fanatik yəhudinin Əl-Əqsanın cənub-qərbindəki Əl-Magaribe (Mərakeş)) qapısından məscidin həyətinə basqın etdiyi ifadə edilib.
İsrail polisinin qoruduğu yəhudi qrupunun Əl-Əqsannın həyətlərində gəzdikdən sonra oranı tərk etdiyi bildirilib.
Fanatik yəhudilərin günortadan sonra da basqınlarına davam edəcəyi təxmin edilir.
Fanatik yəhudilərin Əl-Əqsaya etdiyi bu cür basqınlar bölgədə gərginliyin artmasına səbəb olur.
#شاهد قطعان المستوطنون يقتحمون المنطقة الشرقية من المسجد الأقصى ويؤدون طقوساً تلمودية pic.twitter.com/GzvQiVzg26
— المركز الفلسطيني للإعلام (@PalinfoAr) July 25, 2021