İşğalçı Rejim Nablusda fələstinli uşağı şəhid etdi

İşğalçı Rejim Nablusda fələstinli uşağı şəhid etdi

İsrail qüvvələri İordan çayının Qərb sahiliində yerləşən Nablus şəhərində fələstinli yeniyetməni qətlə yetiriblər.

Rasthaber Azərbaycan xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail qüvvələri “Balata” qaçqın düşərgəsində həbslər həyata keçirmək üçün əməliyyat keçiriblər.

Nəticədə toqquşma baş verib. İsrail qüvvələri fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazdan istifadə ediblər.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, 15 yaşlı İmad Həşaş baş nahiyyəsindən güllə yarası alaraq həyatını itirib.

Qeyd edək ki, İsrail qüvvələri tez-tez müxtəlif bəhanələrlə fələstinlilərə qarşı əsassız əməliyyatlar keçirirlər.

Xəbəri paylaş

VİDEOLAR