İşğalçı İsrail təyyarələri Qəzzada iki məktəbi bombalayıb

İşğalçı İsrail təyyarələri Qəzzada iki məktəbi bombalayıb

İşğalçı sionist İsrail döyüş təyyarələri və artilleriyasının Qəzzada iki məktəbə hücumu nəticəsində ən azı 50 fələstinlinin həyatını itirdiyi, yüzlərlə insanın isə yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-nın verdiyi məlumata görə, İsrailin hava hücumları və artilleriya atəşi, Qəzzanın Dərac rayonunda didərgin düşmüş fələstinlilərin sığındığı Şəhid Əsəd Səftəvi məktəbi və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bağlı Səlahəddin Məktəbini hədəf alıb.

İki məktəbə edilən hücumlarda həyatını itirən 50 fələstinlidən çoxunun cənazəsi və yüzlərlə yaralı mülki şəxs bölgəyə yaxın olan Zeytun rayonundakı Baptist Xəstəxanasına gətirilib.

Xəbərdə bölgədə davam edən intensiv artilleriya atəşinə görə mülki müdafiə qruplarının məktəblərə çatmaqda böyük çətinlik çəkdiyi bildirilib.

Sözügedən iki məktəbin sığınacaq mərkəzlərinin saxlanması və xərclərinin Əlcəzair əl-Bereket Cəmiyyəti tərəfindən qarşılandığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR