İşğalçı İsrail əsgərləri Ceninə basqın edib

İşğalçı İsrail əsgərləri Ceninə basqın edib

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada işğalçı sionist İsrail əsgərlərinin Ceninə basqın zamanı istifadə etdikləri həqiqi güllələr nəticəsində 2 fələstinli şəhid olub, 4 fələstinli isə yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, işğalçı sionist İsrail əsgərləri Cenin Qaçqınlar Düşərgəsinə basqın edərək bir evi mühasirəyə alıblar.

Şahidlər basqın zamanı fələstinli gənclərlə İsrail əsgərləri arasında insidentlərin baş verdiyini, işğalçı sionist İsrail əsgərlərinin plastik və həqiqi güllələrdən istifadə etdiyini bildiriblər.

Fələstinli qrupların bəzilərinin hərbi qanadının yerləşdiyi Cenin Briqadasından verilən yazılı açıqlamada: "Mücahidlərimiz Cenin Qaçqınlar Düşərgəsinə basqın edən işğalçı qüvvələrin üzərinə güllə yağdırır", - deyə bildirilib.

Qeyd edək ki, İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez basqınlar təşkil edən İsrail qüvvələri fələstinliləri müxtəlif ittihamlarla həbs edir. Zaman-zaman basqınlara reaksiya verən bölgənin fələstinli sakinləri ilə işğalçı sionist İsrail əsgərləri arasında insidentlər yaşanır.

Bu gün işğalçı sionist İsrail qüvvələrinin hücumu nəticəsində daha iki fələstinli həlak olub.

Xəbəri paylaş

VİDEOLAR