İşğalçı İsrail rejimi İordan çayının qərb sahilində 40 kilometr uzunluğunda, 9 metr hündürlüyündə beton hasar inşa edəcək.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusu tikintinin yaxın həftələrdə başa çatdırılmasının planlaşdırıldığını bildirib.
"Hasar İordan çayının qərb sahilindəki Salem bölgəsindən Bat Hefer ərazisinə qədər təxminən 40 km uzunluğunda olacaq. Onun hündürlüyü 9 m-ə qədər olacaq və təxminən 20 il əvvəl tikilmiş hasarı əvəz edəcək", - deyə açıqlamada bildirilir.
İşğalçı İsraildə son üç həftədə fələstinli fədailər 4 hücum həyata keçirib və 14 sionist həyatını itirib.
Məlumata görə, fələstinlilər İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən gələrək məftil hasarları keçib və iki hücumu həyata keçirib.