Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Saraya əl-Qüds bildirib ki, bu qrupun qollarından olan Cenin batalyonunun mübarizləri son 72 saat ərzində İordan çayının qərb sahilində işğalçı qüvvələrin yolunda 6 bomba partladıblar.
Az.rasthaber.com xəbər verir ki, Saraya əl-Qüds, Fələstin müqavimətinin İordan çayının qərb sahilində "Düşərgə qorxusu" adlı əməliyyatı ilə bağlı bəyanat yayaraq bildirib: “Son 72 saat ərzində bu fələstinli mübariz qrupun mücahidləri müxtəlif istiqamətlərdə işğalçı qüvvələrlə qarşı 14 döyüş keçirib.
Saraya əl-Qüds vurğulayıb ki, bu mübariz qrupun alt qruplarından olan Tulkərəm batalyonu müxtəlif istiqamətdə 7 silahlı döyüşdə işğalçı qüvvələrə qarşı vuruşub və işğalçıların hərbi maşınlarının yolunda 4 bomba partladıb.
Tulkərm batalyonu həmçinin bəyan edib ki, onun döyüşçüləri digər fələstinli döyüşçülərlə birlikdə sionist işğalçıları ilə döyüşdə onlardan bir neçəsini öldürüb və yaralayıb.