ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada, Yəmənin paytaxtı Sənada Ənsarullahın komanda-nəzarət mərkəzinə dəqiq hava zərbəsi endirildiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Hədəfdə olan obyekt, Qırmızı dənizin cənubunda və Ədən körfəzində ABŞ hərbi gəmilərinə və ticarət gəmilərinə qarşı hücumlar kimi husi əməliyyatlarının koordinasiya edildiyi bir mərkəz idi”, - deyə bəyanatda deyilir.