İşğalçı ABŞ və Böyük Britaniya Yəmənə hava hücumu edib

İşğalçı ABŞ və Böyük Britaniya Yəmənə hava hücumu edib

Yəmən Ənsarullah Hərəkatı ABŞ və İngiltərənin Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Məsirə televiziyasının xəbərinə görə, ABŞ və İngiltərə hava hücumu ilə paytaxt Sənanın Main rayonundakı “21 Sentyabr Parkı”nı hədəf alıb.

Hücumlarda ölən və ya yaralananların olub-olmaması ilə bağlı məlumat verilməyib.

Yəmən mənbələri, Səna beynəlxalq hava limanı, Hudeyda limanı və paytaxtın cənubundakı Həziz elektrik stansiyasına edilən hücumların arxasında İsrailin olduğunu bildirib. İsrail Müdafiə Qüvvələri sözügedən hücumları təsdiqləyib.

Xəbəri paylaş

VİDEOLAR