İşğalçı ABŞ Suriyadan gündə 66 min barel neft oğurlayır

İşğalçı ABŞ Suriyadan gündə 66 min barel neft oğurlayır

“ABŞ-ın işğalçı qüvvələri və muzdluları bu ilin birinci yarısında gündəlik 66 min barel neft oğurlayıb”

Az.rasthaber.com xəbər verir ki, Suriya Neft Nazirliyi bu ilin birinci yarısında öz iş planlarını və öz törəmə şirkətlərinin işlərini müzakirə etmək üçün iclas keçirib.

İclasda bu dövrdə neft hasilatının gündəlik 80,3 min barellə 14,5 milyon barelə çatdığı bildirilib.

Açıqlamada bu hasilatın sutkada 14,2 min barelinin neftayırma zavodlarına təhvil verildiyi bildirilib:

"Amerika işğalçı qüvvələri və onların muzdluları şərq bölgəsində tutduqları neft quyularından gündə təxminən 66 min barel neft oğurlayıblar".

Xatırladaq ki, ABŞ rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə birlikdə İŞİD-ə qarşı mübarizə adı altında Suriyada hərbi əməliyyata başlamışdı.

Daha sonra YPG/PYD-nin dəstəyi ilə ölkənin ən böyük neft və qaz yataqlarının yerləşdiyi Hasaka, Rakka və Deyr əz-Zor bölgələrinin əksəriyyətini nəzarətə götürüblər.

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın Suriya ərazisindən hərəkətlərini ölkənin təbii sərvətlərini talamaq məqsədi daşıyan “dövlət quldurluğu” kimi qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR