27.12.2023 10:00:24
Suriyanın Hasekə vilayətində yerləşən işğalçı ABŞ-ın "Şəddadi" hərbi bazasına raket hücumu olub.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, raketlər bazanın ətrafına düşüb.
Hücumda ölən, yaxud xəsarət alanların olub-olmadığı məlum deyil.
ABŞ tərəfi olayla bağlı hələ ki, açıqlama verməyib.