Dağlıq Qarabağda koronavirusa yoluxma ilə bağlı ilk hallar qeydə alınıb.
Dağlıq Qarabağda koronavirusa yoluxma ilə bağlı ilk hallar qeydə alınıb. Bir nəfər təcili yardım maşını ilə Laçından Xankəndi şəhər xəstəxanasına aparılıb. Mərkəzi xəstəxanaya köçürülmə aprelin 2-də baş tutub. Bu barədə aprelin 7-də Tert.am saytı bildirib.
Xəstə məlumatda “yoluxma ocağı” adlandırılan Ermənistandan Qarabağa qayıdıb.
Test-müayinədən keçən ikinci şəxs Ermənistandan qayıdan vətəndaşın qonşusu olub. Aprelin 4-də o, başqa problemlə - bronxit simptomları ilə eyni tibb müəssisəsinə köçürülüb.
Xəstə ilə təmasda olan 17 nəfər Laçın sakini özünü təcrid edib. Hələlik onlarda xəstəliyin simptomları yoxdur. Həmin adamların evlərində dezinfeksiya işləri aparılıb. Xəstə vətəndaş təcrid olunduqdan sonra onun olduğu kənd (ermənicə adı Mişik) nəzarətə götürülüb. Bu kənd vilayət mərkəzindən-Laçından 39 km., Xankəndidən 89 km. məsafədə yerləşir
Turan