İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib ki, İsrailin İrana hücumları dövlət terroru aktıdır.
İrəvani həmçinin bildirib ki, İsrailin İrana son hücumları nəticəsində 78 nəfər ölüb, 320-dən çox adam yaralanıb.
İrəvani açıqlamasında bildirib: "İranın nüvə obyektlərinə hər hansı bir hücum Yaxın Şərq regionu xaricində "fəlakətli" nəticələrə səbəb ola bilər. İsrailin ABŞ silahlarından istifadə edərək hücumları nəticəsində vətəndaşlarımızın öldüyünü unutmayacağıq. İsrailin hücumu müharibə elanıdır".