İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani deyib: “İranın terrorla mübarizə əməliyyatları beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib”.
Az.rasthaber.org xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının hazırkı sədrinə məktub yazıb.
İrəvani məktubunun bir hissəsində aşağıdakı ifadələrdən istifadə edib:
"İran terror aktlarına məruz qalan ən mühüm ölkələrdən biridir və terrorla mübarizə əməliyyatları beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib. Bu əməliyyat Suriya və İraqdakı terror təşkilatlarının baza və obyektlərinə qarşı həyata keçirilib.
İranın antiterror əməliyyatı İŞİD və ona bağlı qrupların Kirmanda həyata keçirdikləri, uşaq və qadınların da olduğu 100-dən çox günahsız dinc sakinin şəhid olması, çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktlarına cavab olaraq həyata keçirilib.
İran İnqilab Keşikçiləri Korpusu İraq və Suriyadakı anti-İran terror qrupları və casusların qərargahlarını ballistik raketlərlə hədəfə alıb.
İnqilab Keşikçiləri Ordusu Suriyanın İdlib və Şimali İraqın Ərbilinə atılan ballistik raketlərin sayını 24 olaraq açıqlayıb.
Açıqlamada Suriyanın İdlib şəhərinə Xuzistandan 4 orta mənzilli “Xeyber Şikən” raketinin, Kirmanşahdan 4 ballistik raketin, Şimaldakı Ərbil şəhərinə isə 7 ballistik raketin atıldığı bildirilib.
Açıqlamada Suriyanın müxtəlif bölgələrinə müxtəlif xüsusiyyətlərə malik 9 raketin atıldığı bildirilib.