ABŞ-nin İrəvandakı səfirliyi yaxınlığında Pentaqonun Ermənistandakı hərbi-bioloji bazalarına qarşı etiraz aksiyası keçirilib.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, vətəndaşlar əllərində “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına YOX”, “ABŞ-nin ölümcül hərbi-bioloji laboratoriyalarına YOX”, “ABŞ-nin bioloji laboratoriyaları Ermənistan üçün təhlükə yaradır” yazılmış plakatlar tutublar.
Aksiya iştirakçılarından biri ABŞ səfiri Kristina Kvinin Ermənistanda “persona non qrata” elan edilməsi üçün imza toplanıldığını açıqlayıb.
Etirazçılar bazar ertəsi ABŞ-nin Ermənistandakı səfirinə öz tələblərini əks etdirən məktub təqdim etməyi planlaşdırırlar.