İrlandiya və İspaniya Fələstini dövlət kimi tanıyacaq

İrlandiya və İspaniya Fələstini dövlət kimi tanıyacaq

Norveçin ardınca İrlandiya da Fələstini dövlət kimi tanımaq qərarına gəlib. İspaniyanın baş naziri Sançes də ölkəsinin mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstini tanıyan dövlətlərin sayı artır. Norveç hökuməti beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Fələstini tanıyacağını açıqlayıb.

Bu açıqlamadan sonra İrlandiyanın baş naziri Harris ölkəsinin Fələstin dövlətini tanıyacağını açıqlayıb.

İspaniyanın baş naziri Sançes də ölkəsinin mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

İsrail isə Fələstin dövlətini tanıyacaqlarını açıqlayan İrlandiya və Norveçdəki səfirlərini geri çağırmağa qərar verib.

Xarici işlər naziri Katz bildirib ki, İspaniya Fələstin dövlətini tanımaq qərarına gələrsə, o da oxşar addım atacaq və İsrailin Madriddəki səfirini geri çağıracaq.

Xəbəri paylaş

VİDEOLAR