İraqın xarici işlər naziri deyib ki, rəsmi Bağdad cari milad ilinin sonunadək beş min amerikalı hərbçinin İraqdan çıxmasını istəyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, İraqdakı amerikalı hərbçilərin durumuna toxunan Fuad Hüseyn bildirib ki, bu qüvvələr Bağdad-Vaşinqton strateji danışıqlarından öncə beş min qüvvə olub və İraq cari milad ilinin sonunadək onların bu ölkədəki iştiraklarının bitməsini tələb edib.
Fuad Hüseyn ölkəsinin İranla münasibətini güclü adlandırıb. Bildirib ki, regiondakı bəzi problemlərə rəğmən, bu əlaqə güclü olaraq irəliləyir.
Bu iraqlı rəsmi İraq seçkilərinə də işarə edib və parlament seçkilərinin təxirə düşməsi üçün heç bir dəlilin olmadığını bildirib. Vurğulayıb ki, bu seçkilər qərara alınmış zamanda, yəni oktyabrın onunda keçiriləcək və seçki prosesinə maliyyə və siyasi dəstək üçün beynəlxalq birlik var.
Bağdad iclasında məqsədin regionda və İraqın daxilində gərginliyin azaldılması olduğunu bildirən İraqın xarici işlər naziri deyib ki, İraq hökuməti ölkələrin başçıları, baş nazirləri və xarici işlər nazirlərinin gələn şənbə günü Bağdad iclasında iştirak etmələrini gözləyir.