Az.Rasthaber.com xəbər verir ki, İraqın şimalında separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib ki, İraqın şimalındakı Avaşin bölgəsində PKK terrorçularına qarşı hava əməliyyatı keçirilib.
Bəyanatda hava əməliyyatı nəticəsində 2 PKK terrorçusunun zərərsizləşdirildiyi vurğulanıb.
“Səmanın Qartalları dəmir caynaqları ilə terrorçulara məxsus yuvaları məhv etməyə davam edir”,-deyə Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.