İraqın şimalında dörd mindən çox insan ev-eşiyini tərk edib

İraqın şimalında dörd mindən çox insan ev-eşiyini tərk edib

İraq Ordusu ölkənin şimalında yerləşən Sincar əyalətində hərbi əməliyyata başlayıb. Bu əməliyyatlar fonunda 4 mindən çox insan ev-eşiyini tərk edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqın şimalında Kürdüstan Regional Hökumətinin rəsmiləri hərbi əməliyyatlar fonunda dörd mindən çox insanın Sincar əyalətini tərk etdiyini bildiriblər.

Məlumata görə 700 ailədən ibarət olan bu qaçqınlar İraq Ordusunun Sincar əyalətində PKK-a qarşı əməliyyatı fonunda ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar.

Onların çoxu Ərbil əyaləti ərazisinə daxil olublar.

Bu arada İraq Ordusu hərbi əməliyyatın nisbətən səngidiyini, silahlıların demək olar ki, Sincar əyalətindən çıxarıldığını bildirib. Əlavə edilib ki, bu şərait qaçqınların öz evlərinə geri dönmələrinə şərait yaradacaq.

Qeyd edək ki, eyni zamanda Türkiyə də İraqın şimalında (Dəhuk əyaləti) PKK-a qarşı hərbi əməliyyat aparır.

Xəbəri paylaş

VİDEOLAR