İraqın Neynəva əyalətində İŞİD-in səkkiz üzvü məhv edilib

İraqın Neynəva əyalətində İŞİD-in səkkiz üzvü məhv edilib

İraqın şimalında yerləşən Nineva əyalətində İŞİD terror təşkilatının sığınacaqlarına qarşı həyata keçirilən əməliyyat nəticəsində səkkiz terrorçu məhv edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Ordusu mənbələri məlumat veriblər.

Bildirilib ki, Nineva əyalətinin “Cəzirət Hədər” bölgəsində terrorçuların olması ilə bağlı kəşfiyyat xəbərləri daxil olandan sonra ordu və “Haşd-Şabi” (Xalq Səfərbər Qüvvələri) tərəfindən əməliyyat həyata keçirilib. Sərsar Vadisi adlı bölgədə İŞİD üzvlərinin sığınacağı aşkar və buraya edilən hücum nəticəsində səkkiz terrorçu məhv edilib.

Əməliyyatda İraq Ordusu və “Haşd-Şabi”nin iki hərbçisi də həlak olub.

Qeyd edək ki, 2014-cü ildə İraq ərazisinin üçdə birini nəzarətə götürən İŞİD, 2017-ci ilin sonunda bütün ərazilərini itirib və ucqar bölgələrdə sığınacaqlarına geri çəkilib.

Xəbəri paylaş

VİDEOLAR