Nəcəf valisi verdiyi açıqlama zamanı bildirib
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, İraqda koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə sabahdan etibarən yerli vətəndaşlar və zəvvarların müqəddəs Nəcəf şəhərinə girişi qadağan olunacaq.
İrna-nın xəbərinə görə, bu barədə Nəcəf valisi verdiyi açıqlama zamanı bildirib.
O, qeyd edib ki, Nəcəf şəhərinin girişləri sabahdan etibarən bütün sərnişinlər üçün bağlanacaq.
Nəcəf əyaləti rəsmilərinin sözlərinə görə, qərar vətəndaşların sağlamlığını qorumaq və koronavirusunun yayılmasının qarşısını almaq üçün həyata verilib.