İraqın müdafiə naziri Tabit Məhəmməd Əl Abbasi bu gün Türkiyeyə rəsmi səfər edəcək.
Az.rasthaber.com xəbər verir ki, məlumata görə, Tabit Məhəmməd Əl Abbasi səfər çərçivəsində Türkiyenin milli müdafiə naziri Yaşar Gülərlə görüşəcək.
Qeyd edək ki, qonaq nazir Milli Müdafiə Nazirliyində rəsmi mərasimlə qarşılanacaq.
Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.