İraqın kürd prezidentinin istefa xəbəri yayıldı

İraqın kürd prezidentinin istefa xəbəri yayıldı

İraq Prezidenti Bərham Saleh istefa verməyə hazır olduğunu bəyan edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Dövlət başçısı istefası ilə bağlı müraciət yayıb.

"Saleh parlamentdə İran yönümlü blok tərəfindən irəli sürülmüş Baş Nazir namizədini təsdiqləməkdən imtina edib. O, etirazçılar tərəfindən rədd ediləcək şəxsi Baş Nazir təyin etməkdənsə istefa verməyi üstün tutduğunu deyib," - xəbəri Sputnik Səudiyyə yönümlü "Al-arabiya" telekanalına istinadla yayıb.

Saleh müraciətində bildirib ki, Konstitusiya ona Baş Nazir namizədlərini rədd etmək hüququnu vermir və buna görə də o, istefa ərizəsini parlamentə təqdim etməyə hazırdır.

Kürd milliyətindən olan prezidentin bu qərarı İraq Parlamentinin son seçki haqqında qəbul etdiyi və kürdlərin boykot etdiyi  qanunla əlaqələndirilir. Belə ki, İraq Məclisindəki Kürd partiyalar, layihəyə etirazlarını ortaq yazılı açıqlama ilə bildiriblər. Açıqlamada kürdlərin tələblərinin diqqətə alınmadığı və özəlliklə layihədə 15 və 16-cı maddələrə qarşı çıxıldığı önə çəkilib.

Yeni seçki layihəsinin 15-ci maddəsinə görə, seçki çevrələri rayon səviyyəsində təyin olunacaq və hər rayonda ən çox səs alan namizəd millət vəkili seçiləcək. Kürdlərin etiraz etdiyi 16-cı maddə isə qadınlar üçün təyin olunan kvotanın 25 faizlə məhdudlaşdırılması nəzərdə tutulur. İraq Məclisində Kürd siyasi partiyaların ümumi 58 deputatı var.

Xəbəri paylaş

VİDEOLAR