İraqın Kərkük şəhərində kütləvi məzarlıq aşkarlanıb

İraqın Kərkük şəhərində kütləvi məzarlıq aşkarlanıb

İraqın Kərkük şəhəri yaxınlığında İŞİD-in öldürdüyü 5 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq tapılıb.

Az.rasthaber.com xəbər verir ki, İraq Təhlükəsizlik Media Şəbəkəsinin məlumatına görə, Kərkük yaxınlığında İŞİD-in öldürdüyü 5 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi məzarlıqlardakı meyitlərin eksqumasiyası və şəxsiyyətinin müəyyənləşdirilməsinə başlanılıb.

Irak medyası, bugün Sincar'da da bir toplu mezar bulunduğunu bildirdi.

Sincar valisi Hayri Əli bu kütləvi məzarlığın Sincar şəhər mərkəzində qazıntılar zamanı aşkar edildiyini və BƏƏ şirkətinin vəziyyəti dərhal polisə bildirdiyini qeyd edib.

Kütləvi məzarlıqda tapılan 5 cəsədin şiə müsəlmanlara aid olduğu öyrənilib.

Qeyd edək ki, İŞİD hələ də İraqın bəzi yerlərində, eləcə də Kərkükdə tez-tez terror aktları törədir.

Xəbəri paylaş

VİDEOLAR