İraqın keçmiş baz naziri ABŞ Ordusunun ölkəsindəki varlığına etiraz etdi

İraqın keçmiş baz naziri ABŞ Ordusunun ölkəsindəki varlığına etiraz etdi

Maliki: İraqdakı ABŞ hərbçiləri, milli mənsubiyyət və dini baxışlarından asılı olmayaraq bütün iraqlılar üçün təhlükədir.

Rasthaber Azərbaycan “ParsToday”-a istinadən xəbər verir ki, İraq parlamentindəki “Qanunun hakimiyyəti” koalisiyasının başçısı Nuri əl-Maliki bildirib ki, ölkəsinin ABŞ qoşunlarının mövcudiyyətinə ehtiyacı yoxdur.

O deyib ki, İraqdakı ABŞ hərbçiləri, milli mənsubiyyət və dini baxışlarından asılı olmayaraq bütün iraqlılar üçün təhlükədir.

Adıçəkilən koalisiyanı təmsil edən deputat əl-Fəth Abbas əz-Zəmili qeyd edib ki, ABŞ və NATO qoşunlarının İraqdakı mövcudiyyətinin uzadılmasına dair istənilən razılıq İraq parlamenti ona razılıq vermədiyi müddətcə qeyri-qanuni olacaq.

Əz-Zəmili əlavə edib ki, çox sayda ABŞ hərbçilərinin NATO qüvvələri çərçivəsində İraqa daxil olması iəl bağlı narahatlıq var və bununla da, ABŞ qoşunlarının İraqdakı mövcudiyyətinin başqa bir formada bərpası baş verir.

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq bildirmişdi ki, təşkilatı İraqdakı qüvvələrinin sayını artırmağa can atır.

ABŞ-ın yeni prezidenti Co Bayden isə ABŞ qoşunlarının İraqda çıxarılmasına dair qərarı yenidən gözdən keçirmək istədiyini deyib.

Xatırladaq ki, ABŞ qoşunları 2003-cü ildən bu ölkədədir və ölkədə çox böyük dağıntılara və yüzminlərlə, bəlkə də, milyonlarla dinc insanın ölümünə səbəb olub. İraq bu mövcudiyyətə son qoyulması tələbinə baxmayaraq ABŞ qoşunları hələ də bu ölkədən çıxmır.

Xəbəri paylaş

VİDEOLAR