İraqın elektrik naziri Ziyad Əli Fazilin başçılıq etdiyi nümayəndə heyəti rəsmi təmaslar üçün Tehrana gələcək.
Az.rasthaber.com xəbər verir ki, İraq Elektrik Nazirliyinin sözçüsü Əhməd Əl-Abadi elektrik naziri Ziyad Əli Fazilin yaxın həftələrdə rəsmi danışıqlar aparmaq üçün Tehrana gələcəyini açıqlayıb.
Fazil İrana səfəri çərçivəsində İran rəsmiləri ilə görüşəcək.
İclasda İraqa elektrik enerjisi ixracı müzakirə olunacaq.