İraqda ziyarətgahda baş verən torpaq uçqununda ölənlərin sayı beşə çatıb

İraqda ziyarətgahda baş verən torpaq uçqununda ölənlərin sayı beşə çatıb

İraqın Kərbəla şəhərindən 30 km uzaqda yerləşən “Qitarat İmam Əli” ziyarətgahında torpaq və qayanın uçması nəticəsində obyektin bir hissəsi dağıntıların altında qalmışdı. Burada ölənlərin sayı beşə çatıb. Dağıntılar latında qala digər 4-5 nəfərin çıxarılması davam etdirilir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Kərbəlada səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, “Qitarat İmam Əli” ziyarətgahının kənarında torpaq və qaya uçqunu nəticəsində dağıntılar altında qalanlardan bir qismi çıxarılıb. Ölənlərin sayı ümumilikdə beşə çatıb.

Daha dörd ya beş nəfərin dağıntılar altından çıxarılması davam etdirilir.

Kərbəla Əyaləti Polisində hadisə ilə bağlı işin açılması gözlənilir. İmamların dövründən qalan bir bulaq üzərində inşa edilən ziyarətgahın qayalar arasında tikilməsinə görə, bir sıra aidiyyatı şəxslərin məsuliyyətə cəlb edilməsi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR