İraqda yeni baş nazirin təyin olunmasına ilk reaksiya İrandan gəldi

İraqda yeni baş nazirin təyin olunmasına ilk reaksiya İrandan gəldi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mustafa Əbdullətif Əlkaziminin İraqın yeni baş naziri kimi təqdim olunmasını alqışlayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi bununla bağlı bildirib ki,  İran daima İraqda siyasi sabitlik, ərazi bütövlüyü, suverenlik və istiqlaliyyəti himayə edib.

"İran bu ölkənin bütün siyasi cərəyanlarının demokratik proseslər yolu ilə əldə olunan fikir birliyini ixtilafların dinc yolla həlli üçün yeganə yol hesab edir.

 Şübhəsiz, bütün iraqlı şəxsiyyətlər, siyasi qrup və tayfaların İraqda ali dini mərcəiyyətin və xalqın tələblərinin təmin edilməsi, həmçinin regional və beynəlxalq səviyyələrdə mühüm yerə malik olan vahid, stabil ölkə yaratmaq üzrə həmrəyliyi və həmkarlığı təsirli olub və indi də təsirlidir. İran İslam Respublikası keçmişdə olduğu kimi İraqın problemlərdən keçməsi və bu ölkənin xalqı və mərcəiyyətinin öz yüksək hədəflərinə çatmaları məqsədilə İraq hökumətilə həmkarlığa hazırdır.", - deyə İran XİN sözcüsü əlavə edib.

Ədnan Əlzərfinin İraqın nazirlər kabinetini təşkil etməkdən vaz keçməsindən sonra bu ölkənin prezidenti Bərhəm Salih dünən Mustafa Əbdullətif Əlkazimiyə İraqın yeni nazirlər kabinetini təşkil etməyi tapşırıb.

İraqın yeni baş nazirinin etimad səsi əldə etmək üçün öz nazilrlər kabinetini bu ölkə parlamentinə təqdim etməkdən ötrü bir ay fürsəti var.

Xəbəri paylaş

VİDEOLAR