İraqda yeni baş nazir təyin edilib

İraqda yeni baş nazir təyin edilib

İraq parlamenti tərəfindən prezident seçilən Əbdüllətif Rəşid hökuməti qurma tapşırığını Koordinasiya Qrupunun namizədi Məhəmməd Şia Sudaniyə verib.

Az.rasthaber.com xəbər verir ki, bir ildir davam edən siyasi böhrandan sonra İraq parlamenti tərəfindən prezident seçilən Əbdüllətif Rəşid hökumətin yenidən qurulması işlərinə başlayıb. 

Parlamentdəki andiçmə mərasimindən sonra Rəşid, hökuməti qurmaq üçün Sədr Qrupu istisna olmaqla, bütün şiə partiyalarını toplayan Koordinasiya Qrupunun namizədi Məhəmməd Şiə Sudanini təyin edib.

İraq konstitusiyasına uyğun olaraq yeni hökuməti qurmaq vəzifəsi daşıyan Sudani yeni kabineti 30 gün ərzində parlamentə təqdim etməlidir.

Xəbəri paylaş

VİDEOLAR