Bağdadın şimalında baş verən partlayış nəticəsində İraqın Həşdi Şabi qüvvələrin azı 4 döyüşçüsü həyatını itirib.
Rasthaber Azərbaycan “Al Sumaria”-ya istinadən xəbər verir ki, partlayış içərisində Həşdi Şabi döyüşçülərinin olduğu avtomobil kustar üsulla hazırlanmış partlayıcı qurğunun üstündən keçərkən baş verib.
Həmçinin azı 8 döyüşçü də yaralanıb.
İraq təhlükəsizlik xidmətindəki mənbələrin məlumatına görə, Bağdadın partlayış baş verən həmin bölgəsində İŞİD terrorçularının “yatmış” yuvalarına qarşı əməliyyat keçirilir və hücumun da arxasında məhv İŞİD-çilərin durduğu ehtimal edilir.