Dünən İraqın Curf Ən-Nasr şəhərində Ərbəin zəvvarlarına qarşı planlaşdırılan hücum zərərsizləşdirilib.
Az.rasthaber.com xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat axtarış tədbirlərinin keçirildiyi ərazilərdə silah-sursat aşkarlanıb.
Aşkarlanan sursatlar arasında partlayıcı kəmərlər və maddələrin də olduğu bildirilib.
Qeyd edək ki, Curf Ən-Nasr şəhəri Bağdadın cənubunda yerləşir. Bura Kərbəlaya daxil olmaq üçün strateji bir şəhərdir və bu səbəbdən “Kərbəla qapısı” adlanır. Vaxtilə həmin şəhərdə İŞİD-lə döyüşlər aparılıb.