İraqda naməlum şəxslər etirazçılara atəş açdı

İraqda naməlum şəxslər etirazçılara atəş açdı

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, olay zamanı 7 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Bağdadda hökümət əleyhinə etirazların keçirildiyi Təhrir Meydanından bir neçə km aralıda olan Sinek Körpüsü yaxınlığında etirazçıların istifadə etdiyi 7 mərtəbəli dayanacaq binasında naməlum şəxslər tərəfindən atəş açılıb.
Səhiyyə rəsmilərinin bildirdiyinə görə, olay zamanı 7 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Məlumata görə,  qeydiyyat nişanı olmayan maşınlardan atəş açılıb.
Şahidlər bildirir ki, olay yerinə gələn silahlı şəxslər əvvəlcə binaya molotof kokteyli atıblar, daha sonra ora atəş açıblar. Silah və toqquşma səslərinin eşidildiyi bölgədə gərginliyin davam etdiyi önə çəkilir.
İraq rəsmilərinin hələ insidentlə bağlı açıqlama vermədiyi qeyd edilir.

Xəbəri paylaş

VİDEOLAR