Böyük ehtimalla İraq höküməti Mustafa əl-Kaziminin rəhbərliyilə qurulacaq
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq prezidenti Barham Salihin şənbə günündən öncə Mustafa əl-Kazimiyə yeni kabinetin formalaşdırılması üçün müraciət etdiyi məlum olub.
İraqlı siyasi mənbənin Sumariyaya bildirdiyinə görə, siyasi qruplar kabinetin formalaşdırılması üçün namizəd məsələsində yekdil qərar qəbul etməsələr, İraq prezidenti Barham Salih, şənbə günündən əvvəl kabinetin formalaşdırması üçün Mustafa əl-Kazimini bu vəzifəyə təyin edəcək.
Mənbənin sözlərinə görə, Mustafa əl-Kazimi bir çox siyasi qrup tərəfindən dəstəklənir.
Mənbə digər iki namizəd Tofiq Allavi və Əli Şükrünün bu mövzuda şansının aldığını da önə çəkib.
Sairun və əl-Fəth qrupları, bir neçə gün öncə Məhəmməd Tofiq Allavini namizəd göstərməyə razılıq vermişdilər.