İŞİD terror təşkilatının qalan silahlılarına qarşı əməliyyatın davamında Həşd əş-Şabi Bağdadın “Teramiya” rayonunda bu qruplaşmanın təhlükəli liderlərindən birini həbs edib.
Az.rasthaber.com xəbər verir ki, Həşd Şabi dünən verdiyi açıqlamada, 12-ci Briqadanın İraqın paytaxtı Bağdadın şimalında Əl-Termiyə bölgəsində fövqəladə əməliyyat keçirərək cinayətkar qrupun terrorçu və təhlükəli liderlərindən birini həbs etdiyini bildirib.
Açıqlamaya görə, sözügedən İŞİD terrorçusu həbs olunduqdan sonra mühakimə olunmaq üçün ədliyyə orqanlarına təhvil verilib.
İŞİD-in İraqda məğlub olmasına baxmayaraq, bu terror qruplaşmasının bəzi üzvləri hələ də ölkənin müxtəlif bölgələrində yerləşərək, vaxtaşırı terror aktları törədirlər.
Qeyd edək ki, İraq ordusunun terrorla mübarizə tədbirləri ölkənin müxtəlif bölgələrində davam edir və İraq qüvvələri İŞİD terrorçularının qalıqlarına qarşı hərbi əməliyyatlarında yeni mərhələyə qədəm qoyub.