İraq DİN-in məlumatına görə, 11 terrorçu, o cümlədən axtarışda olan 2 qadın həbs edilib.
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, xalq könüllüləri və polis əməkdaşları İraqın Səlahəddin əyalətinin Yatrib rayonunda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
İraq DİN-in məlumatına görə, 11 terrorçu, o cümlədən axtarışda olan 2 qadın həbs edilib.
Bildirilir ki, İŞİD terror təşkilatının qanadı İraq federal polisinin 2-ci alayının komandirini və Yatrib rayonunun başçısını qətlə yetiriblər.
Terrorçular təhlükəsizlik qüvvələri və vətəndaşlara qarşı bu və digər bir sıra cinayətləri etiraf ediblər.
Xatırladaq ki, İraq qüvvələri ötən gün də bir ailənin İŞİD terror təşkilatına mənsub 5 üzvünü həbs edib.