İraqda İŞİD qurbanlarının daha bir kütləvi məzarlığı aşkarlanıb

İraqda İŞİD qurbanlarının daha bir kütləvi məzarlığı aşkarlanıb

İraqın Sincar şəhərində İŞİD-in öldürdüyü 47 nəfərin cəsədinin olduğu daha bir kütləvi məzarlıq tapılıb.

Az.rasthaber.com xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Soyqırım Cinayətləri Araşdırma Komitəsinin üzvü Nəçirvan Süleyman İraq mətbuatına verdiyi açıqlamada Sincar yaxınlığındakı Kani kəndi yaxınlığında 6 kütləvi məzarın tapıldığını bildirib.

Kütləvi məzarlıqlarda İŞİD terrorçuları tərəfindən qətlə yetirilən ümumilikdə 47 cəsədin tapıldığı bildirilib.

Qeyd edək ki, 3 avqust 2015-ci ildə Mosulun Sincar rayonuna hücum edən İŞİD üzvləri çoxlu sayda mülki vətəndaşı qətlə yetirmişdi.

Xəbəri paylaş

VİDEOLAR