Saxlanılan şəxsin kimliyi açıqlanmayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Kərkük əyalətində İŞİD terror təşkilatının müftisini həbs ediblər.
Saxlanılan şəxsin kimliyi açıqlanmayıb.
Terrorçu kəşfiyyat resurslarının köməyi ilə aparılan uzunsürən müşahidələrdən sonra əl-Hürriyə rayonunda tutulub.
Xatırladaq ki, ötən şənbə günü də İraqın şimalındakı Neynəva əyalətində 24 İŞİD terrorçusu ələ keçirilib.