Bu haqda XSQ məlumat yayıb.
Rasthaber Azərbaycan Al Alam-a istinadən xəbər verir ki, İraq Xalq Səfərbərlik Qüvvələri olan “Haşdi Şabi” İŞİD terrorçularının Suriyadan İraq ərazisinə soxulmaq cəhdinin qarşısını alıb.
Bu haqda XSQ məlumat yayıb.
“Xalq Səfərbərlik Qüvvələrinin 17-ci briqadasının qüvvələri İŞİD terror qruplaşmasının üzvlərinin Suriyadan (İraqın) Ənbar əyaləti ərazisinə daxil olmaq cəhdinin qarşısının alıb”, – deyə qeyd edilib.
Bildirilir ki, “Haşdi Şabi” qüvvələri terrorçuların avtomobilinə atəş açaraq onlar geri çəkilməyə məcbur edib.