İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabi (Xalq Səfərbər Qüvvələri) Nineva əyalətinin cənubqərbində İŞİD-in hücumunu dəf edib.
Rasthaber Azərbaycan SalamNews-a istinadla xəbər verir ki, Haşd-Şabi ötən gecə əl-Hədir səhrasından Nineva əyalətinin cənub-qərbinə sızmaq istəyib.
Haşd-Şabi ilə İŞİD-in qrupu arasında döyüş baş verib. İŞiD terror təşkilatının burada hücumu dəf edilib, - İraq mediası təhlükəsizlik qurumlarına istinadən məlumatı yayıb.
Qeyd edək ki, son günlərdə koronaviruusla bağlı tədbirlər fonunda İŞİD-in Moslulda və ölkənin şimalındakı sair bölgələrdə sığınacaqlardan qəfil çıxacağı və bəzi rayonları ələ keçirə biləcəyilə bağlı xəbərdarlıq edilib.
İraqın müvəqqəti baş naziri Adil Əbdül-Mehdi və ölkə parlamentinin deputatı Hakim əz-Zamili eyni xəbərdarlıqla çıxış ediblər.
İŞİD İraqdakı ərazilərini 2018-ci ilin əvvəlində tam olaraq itirib. Hazırda İraqın, Diyala, Səlahəddin, Kərkük, Nineva və əl-Ənbar əyalətləri terror təşkilatının təhlükə yarada biləcəyi ərazilər hesab edilir.