İraqda İŞİD-in dörd təhlükəli üzvü külli miqdarda silahlarla birgə ələ keçirilib

İraqda İŞİD-in dörd təhlükəli üzvü külli miqdarda silahlarla birgə ələ keçirilib

İraqın Kərkük və əl-Ənbar əyalətlərində İŞİD-in dörd təhlükəli üzvü ələ keçib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Ordusu mənbələri məlumat verib.

Bildirilib ki, Kərkük əyalətinin Leylan bölgəsində iki, əl-Ənbar əyalətinin Ravə və ər-Rəmadi şəhərində daha iki İŞİD terrorçusu ələ keçirilib.

Onların verdiyi məlumatlar nəticəsində bölgələrin birində 36 min litr yanacaq tutan çəndə silahlarla dolu yük aşkarlanıb.

Silahların arasında qumbaratanlar, müxtəlif partlayıclar və mina mərmiləri də olub.

Qeyd edək ki, İŞİD 2017-ci ilin sonunda İraqda bütün coğrafi əraziləri itirdikdən sonra gizli sığınacaqlarına geri çəkilib.

Xəbəri paylaş

VİDEOLAR