İraqda Haşd əş-Şabi qərargahına hava hücumu təşkil edildiyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, hücum zamanı Babil şəhərinin Əl-Museyyeb rayonunda yerləşən Kalso hərbi bazası hədəf alınıb.
Hücumdan sonra bölgədə böyük yanğın baş verib.
Babil Təhlükəsizlik Komitəsinin açıqlamasına görə, partlayış bölgəsindəki yanğının böyüklüyünə silah-sursat deyil, bazanı əhatə edən ağacların yanması səbəb olub.
Səlahiyyətlilər hava hücumunu kimin həyata keçirdiyinin hələlik məlum olmadığını açıqlayıb.