Kərkükdə bir hərbi bazaya hücum həyata keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın şimalında yerləşən Kərkük şəhərinin yaxınlığında ABŞ hərbçilərinin də olduğu hərbi baza raketlə vurulub.
Pentaqon bir amerikalı tədarükçünün öldüyünü, amerikalı və iraqlı hərbçilərin yaralandığını bildirib.
İraqlı təhlüksizlik mənbələri isə, partlayış zamanı heç bir ziyan vurulmadığını, bir mühafizəçinin yaralandığını bildirib.
İraqlı mənbə ABŞ koalisiyasına aid Kərkük yaxınlığındakı hərbi bazaya, amerikalılara aid anbara 8 minamyot raketi atıldığını qeyd edib.