İraq, son həftələrdə İŞİD qalıqlarını nəhv etmək üçün əməliyyatlarını genişləndirib.
Rasthaber Azərbaycan İran mediasına istinadla verdiyi xəbərə görə, İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Yahya Rasul, Nenəva əyalətindəki terror əleyhinə qüvvələrin cənubdakı Məxmur şəhərində keçirdiyi 26 hava hücumu nəticəsində İŞİD qüvvələrinə ayid 46 mağaranın məhv, 19 terrorçunun isə zərərsizləşdirildiyini bildirib.
“Silahlı Qüvvələrin Baş Komandanının əmri ilə Birgə Əməliyyat Komandanlığı və Ordu Hərbi Hava Qüvvələri və Antiterror Təşkilatının beynəlxalq koalisiyası ilə razılaşdırılaraq ölkənin müxtəlif bölgələrində xüsusi tapşırıqlar yerinə yetirilərək. İŞİD ünsürlərinin gizləndikləri yerlərin haqqında dəqiq məlumatlar əldə edilmişdi.”, - deyə Yahya Rasul bildirib.
Bağdad Əl-Youm xəbər portalının yaydığı məlumata görə, İraq hərbi rəsmisi "Alınan məlumata görə, cümə axşamı Məxmur şəhərinin Qaracuq yüksəkliklərində 26 hava hücumu həyata keçirildi, 46 mağara məhv edildi və 19 İŞİD üzvü öldürüldü,.Terrorla mübarizə qüvvələri də əl-Anbar əyalətinin əl-Fəllucə bölgəsində İŞİD-in iki üzvünü həbs edib.”, - əlavə edib.
İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü qeyd edib ki, əl-Anbar vilayətinin Horan bölgəsində üç İŞİD qərargahı məhv edilib.
İraq, son həftələrdə İŞİD qalıqlarını nəhv etmək üçün əməliyyatlarını genişləndirib.