İraqda bir kənd əhalisi İŞİD-ə görə evlərini tərk etdi

İraqda bir kənd əhalisi İŞİD-ə görə evlərini tərk etdi

Onlar İŞİD terrorçularının növbəti hücumlarından ehtiyat edirlər.

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki,  İraqın Diyalə əyalətindəki kəndlərdən birini sakinləri İŞİD terrorçularının artan hücumlarına görə 3 avqustda öz evlərini tərk ediblər.

Diyalənin Federal Polis İdarəsinin zabiti kapitan Cəfər Vaeli bildirib ki, Xitavin kəndinin sakinləri keçən həftəki qanlı hücumlardan sonra İŞİD terrorçularının növbəti hücumlarından ehtiyat edirlər.

Polisin sözlərinə görə, azı 100 nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb və onlar daha təhlükəsiz ərazilərə köçüblər.

Xəbəri paylaş

VİDEOLAR