27.06.2021 13:36:12
İraqda ABŞ ordusuna qarşı silsilə hücumlar həyata keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın Babil, Divaniyə və Səlahəddin əyalətlərində ABŞ-a aid logistik dəstək qruplarına qarşı əməliyyat həyata keçirilib.
İraq müqavimət qrupu olan "Əshabi Kəhf" hücumla bağlı açıqlama yayıb.
Açıqlamada "Hücumun Divaniyə, Babil, Səlahəddin, Qadisiyə, Latifiyədə ABŞ ordusunun logistik dəstək qruplarına hücumlar həyata keçirildiyi önə çəkilib.
"Amerikan itləri, İraq torpaqlarındakı işğalını dayandırmalıdır, əks təqdirdə onları başqa yollarla dayandıracağıq.", -deyə açıqlamada bildirilir.
Açıqlamada həmçinin Hillədə beynəlxalq koalisiyanın da bir qrupunun hədəfə alındığı qeyd edilib.