Bu haqda İraq DİN məlumat yayıb.
Rasthaber Azərbaycan sumaria-ya istinadən xəbər verir ki, İraqın cənubunda Baxta şəhəri rayonunda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın karvanı keçən zaman partlayıcı qurğu işə düşüb.
Bu haqda İraq DİN məlumat yayıb.
Zi-Xar əyalətinin polis rəisi Hazem əl-Vayli bildirib ki, sözügedən karvan ABŞ ordusu üçün təchizat daşıyırdı.
Onun sözlərinə görə, maşınlar Bağdaddan liman şəhəri Bəsrəyə tərəf hərəkət edirdi.
Al-Vayli partlayışın zərər vurmadığını, yalnız maşınlardan birinin təkərinin ziyan gördüyünü deyib