İraqda 9 nazir və 11 vali həbs olundu

İraqda 9 nazir və 11 vali həbs olundu

Noyabr ayında İraqda 9 nazir, 12 məclis üzvü və 11 valinin həbs olununub

Rasthaber Azərbaycan xəbər verir ki, İraqda “Əlnəzahə” komissiyası bir açıqlamada noyabr ayında 9 nazir, 12 məclis üzvü və 11 valinin həbs olunması haqda hökmün verilməsindən xəbər verib.

Şəffaflıq komissiyası mənasını verən “Əlnəzahə” komissiyasının təhqiqat idarəsinin açıqlamasında  deyilir:  "Bu doqquz nazirin ikisi hazırkı, beşi- sabiq, ikisi də keçmş nazirlərdəndir."

Açıqlamada həmçinin bir hazırkı vali, 118 hazırkı icra hakimiyyəti şurasının üzvü, həmçinin 32 baş müdir, o cümlədən sünni əhlinin vəqflər ofisi, eləcə də sənaye, səhiyyə, təhsil, elektrik və neft nazirliyinin 19 hazırkı müdirinin məsuliyyətə cəlb və həbs olunması haqda hökmün verilməsini bildirib.

"Verilmiş hökmlərin sayı 256 hala çatır ki, bu miqdardan 221 hökm məsuliyyətə cəlbetmə hökmü, yerdə qalan hökmlər isə həsb olunmağa aid olur ki, bu hökmlərin 51 halı icra edilib. 68 müttəhim də əlaqədar məhkəmələrə göndərilibdir.", - təhqiqat idarəsinin açıqlamasında qeyd edilir.

Xəbəri paylaş

VİDEOLAR