İraqda “Spayker qətliamı” zamanı 600 nəfərin ölümündə əli olan Zarğam Əbu-Heydər adlı şəxs ələ keçirilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqın Haşd-Şabi qüvvələri (Xalq Səfərbər Qüvvələri) “Spayker qətliamı”nda mühüm rolu olan Zarğam Əbu-Heydər adlı İŞİD üzvünü ələ keçirib.
O aparılan dindirmələrdən sonra 600 nəfərin ölümündə əli olduğunu etiraf edib.
Terrorçu həmçinin həmin qətliamda öldürülənlərin və bir qisminin kütləvi şəkildə basdırıldığı yeri də açıqlayıb.
Haşd-Şab-nin məlumatına görə onun əvvəlki telefonunda törətdiyi cinayətlə bağlı faktlar var.
Qeyd edək ki, İŞİD 2014-cü ilin iyununda Səlahəddin əyalətinin inzibati mərkəzi Tikriti zəbt edən zaman burada gənc hərbi kursantların təhsil aldığı Spayker hərbi qərargahında olan iki min civarında insanı qətliam edib. İŞİD bu şəxsləri qətliam edən zaman onların əsasən şiələrin yaşadığı bölgələrdən olduğunu nəzərə alaraq cinayətini həyata keçirib.