İraqa dini ziyarətlərin yüksək səviyyədə təşkili müzakirə olunub

İraqa dini ziyarətlərin yüksək səviyyədə təşkili müzakirə olunub

İyunun 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İraq Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Şahvan Abdullah Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, səmimi şəraitində keçən görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışılıb.

QMİ sədri istər siyasi, istər iqtisadi, istərsə dini-mənəvi, mədəni əlaqələrin öz müsbət bəhrəsini verəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanda keçirdiyi görüşlər barədə Şeyxülislam A. Paşazadəyə məlumat verən cənab Əhmədi ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açıb.

Səmimi görüşdə Azərbaycan-İraq münasibətlərinin inkişaf perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, Azərbaycan və İraq arasında dini ziyarətlərin təşkili məsələsinin xalqlarımız arasında mövcud mənəvi bağların genişləndirilməsi yönündə böyük əhəmiyyətindən danışılıb. Dini ziyarətlərin təşkilində Qafqaz Müsəlmanları İdarəsinin başlıca rolu qeyd edilib, dini ziyarətlərin yüksək səviyyədə təşkilinə dair zəruri işlərdən danışılıb. Şeyxülislam A. Paşazadə dini mərkəz olaraq QMİ-nin dini ziyarətlərin yüksək səviyyədə təşkili üçün bütün zəruri fəaliyyətləri həyata keçirməyə hazır olduğunu və Azərbaycandakı müqəddəs İslam məkanlarına da zəvvar səfərlərin qarşılıqlı şəkildə yerinə yetirilməsi vacibliyinə diqqəti çəkib.

Görüşdə İraqın Azərbaycandakı səfiri iştirak edib. Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

Xəbəri paylaş

VİDEOLAR